Dadaşovun komandasından əzmkar qələbə

12:00 4 Yanvar 2022

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. O, Portuqaliya çempionatının 13-cü turundan təxirə salınmış “Moreyrense” ilə görüşün iştirakçısı olub.
 
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb və əzmkar qələbə qazanıb - 2:1. Renat bu matçın 84-cü dəqiqəsində meydana buraxılıb.
 
“Tondela” 16 turdan sonra 15 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti