Mahir Emreli Yunanıstanın "Aris" klubuna keçə bilər

00:28 5 Yanvar 2022

Yunanıstanın “Aris” klubu Polşa “Legiya”sında çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli ilə maraqlanır.

Sportarena.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə, “Aris”in heyətini yeni hücumçu ilə gücləndirmək istədiyi və Mahirin namizədlər arasında olduğu bildirilib.

Mahir Emrelinin “Legiya” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.


Xəbər xətti