Türkiyə klubunda 18 nəfər koronavirusa yoluxdu

14:49 5 Yanvar 2022

Türkiyənin “Dənizlispor” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən 19-nun pozitiv çıxdığı bildirilib. Onlardan səkkizinin futbolçu olduğu qeyd edilib. Yoluxanların hamısı karantinə alınıb.


Digər xəbərlər

Xəbər xətti