Lionel Messi koronavirusdan sağaldı

09:00 6 Yanvar 2022

PSJ-nin hücumçusu Lionel Messinin koronavirus testi neqativ çıxıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytında məlumat yerləşdirilib.  

 

Argentinalı futbolçu artıq Parisə qayıdıb və yaxın günlərdə komandanın məşqlərinə qatılacaq. Xatırladaq ki, PSJ yanvar ayının 2-də Messinin koronavirusa yoluxduğunu açıqlamışdı.

 

Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında 11 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə verib. Çempionlar Liqasında isə aktivində 5 oyuna 5 qol var.


Digər xəbərlər

Xəbər xətti