“Çelsi”nin daha 2 futbolçusu koronavirusa yoluxdu

16:55 6 Yanvar 2022

İngiltərənin “Çelsi” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb. Müdafiəçi Tyaqo Silva və yarımmüdafiəçi Nqolo Kantenin koronavirus testi müsbət çıxıb. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel açıqlama verib.
 
Hər iki oyunçu virusa yoluxduğu üçün İngiltərə Liqa kubokunda “Tottenhem”ə qarşı keçirilən oyunu (3:0) buraxmalı olub.


Xəbər xətti