FİFA ilin ən yaxşı baş məşqçisi adına son namizədləri açıqladı

00:35 7 Yanvar 2022

2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlərin sayını üçə enib.

FİFA-nın rəsmi rəsmi xəbər verir ki, bunlar İtaliya millisinin baş məşqçisi Roberto Mançini, "Mançester Siti"dən Xosep Qvardiola və "Çelsi"nin çalışdırıcısı Tomas Tuxeldir .

 "The Best" mükafatı yanvarın 17-də İsveçrənin Sürix şəhərində təqdim ediləcək.

Qeyd edək ki, Mançini İtaliya millisi ilə Avro-2020-nin, Tuxel "Çelsi" ilə Çempionlar Liqasının, Qvardiola isə "Mançester Siti" ilə İngiltərə Premyer Liqasının qalibi olub. "Şəhərlilər" ÇL-in finalına qədər irəliləməyi də bacarıb.


Digər xəbərlər

Xəbər xətti