“Qarabağ” portuqaliyalı vingeri transfer edir - 450 min avroya

03:57 7 Yanvar 2022

Bolqarıstanın “Çerno More” komandasının portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade “Qarabağ”da çıxış edə bilər. Hazırda 23 yaşlı futbolçu ilə Ağdam klubu arasında danışıqlar davam edir. Tərəflər bütün məsələlərdə razılığa gələ bilsələr, Andrade tezliklə “Qarabağ”la müqavilə imzalayacaq. Amma onun “Çerno More” ilə müqaviləsi olduğundan, hələlik tam razılıq əldə olunmayıb. Baxmayaraq ki, məşhur “Transfermarkt” portalı yarımmüdafiəçini artıq “Qarabağ”ın futbolçusu kimi təqdim edir. Sözügedən sayt hətta bu oyunçunun 450 min avro qarşılığında Azərbaycan təmsilçisinə keçdiyini göstərib.
 
Leandro Andrade karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib. 2020-ci ilin iyul ayından "Çerno More"də oynayan vinger bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti