Türkiyə çempionatı: "Trabzonspor" çətin qələbə qazanıb - VİDEO

10:25 8 Yanvar 2022

Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, lider "Trabzonspor" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib. Qarşılaşma Qara Dəniz təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 49-a yüksəldən "Trabzonspor" liderliyini davam etdirir. 15 xalı olan "Yeni Malatyaspor" isə sonuncu pillədədir.

 

"Trabzonspor" - "Yeni Malatyaspor" 1:0

Qol: Andreas Kornelyus, 23

 

 

 


Xəbər xətti