Polşa millisi Fabio Kannavaroya tapşırılır

00:40 10 Yanvar 2022

Polşa millisinin yeni baş məşqçisi məlum olub.

Milli komanda Fabio Kannavaroya tapşırılacaq. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb.
 
49 yaşlı mütəxəssis Polşa Futbol İttifaqı ilə razılığa gəlib. Tərəflər arasında iki illik müqavilə imzalanacağı bildirilib. 
Kannavaro bu vəzifədə ötən ilin dekabrında istefa vermiş Paulo Souzanı əvəz edəcək.
 
Qeyd edək ki, Kannavaronun son iş yeri Çinin “Quançjou Everqrand” klubu olub.


Digər xəbərlər

Xəbər xətti