"Neftçi" Antalyaya yollandı

16:35 10 Yanvar 2022

"Neftçi" qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşüb.

"Ağ-qaralar"ı aparan təyyarə saat 15:05-də havaya qalxıb.

Qeyd edək ki, "Neftçi" yanvarın 25-dək Antalyada olacaq. Komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu, yanvarın 24-də isə Bolqarıstanın "MOİK 1948" komandası ilə üz-üzə gələcək.


Xəbər xətti