“Barselona” Şimali Makedoniya millisinin üzvü ilə güclənir

00:37 12 Yanvar 2022

İspaniyanın “Barselona” klubu heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir. Kataloniya təmsilçisi “Rayo Valyekano”dan Stol Dmitrievskini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
“Barselona” artıq Şimali Makedoniyadan olan qapıçı ilə razılıq əldə edib. Stolun keçidi yaxın zamanda rəsmən açıqlanacaq.
 
28 yaşlı futbolçu bu mövsüm La Liqada 18 oyunda 14 qol buraxıb. Dmitrievski ölkəsinin yığmasına da dəvət alır.


Digər xəbərlər

Xəbər xətti