Çempionlar Liqası: Final oyununun biletləri satışa çıxarıldı

08:28 20 Yanvar 2022

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək UEFA Çempionlar Liqasının final oyunu üçün biletlərin qiymətləri məlum olub. Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, biletlər 1-ci kateqoriyaya 690 avro, 2-ci kateqoriyaya 490 avro, 3-cü kateqoriyaya 90 avroya satışa çıxarılıb.
 
İçkilər və yeməklər daxil olmaqla, qonaqpərvərlik zonası girişi üçün biletlərin qiyməti isə 1390 avro olacaq.
 
Çempionlar Liqasının final oyunu mayın 28-də “Qazprom Arena”da gerçəkləşəcək.


Digər xəbərlər

Xəbər xətti