“Qarabağ” 42, “Neftçi” 280 pillə irəlilədi

22:14 20 Yanvar 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci il üzrə dünyanın ən yaxşı klublarının siyahısını açıqlayıb.

Sportarena.az xəbər verir ki, siyahı 2021-ci ilin yanvarın 1-dən 2021-ci ilin 31 dekabrna qədər olan müddət üzrə hazırlanıb.

Reytinq cədvəlində Azərbaycanın iki klubu – “Qarabağ” və “Neftçi” yer alıb.

“Qarabağ” siyahıda 132 xalla 105-ci sırada yer alıb. Ağdam təmsilçisi ötən illə müqayisədə 42 pillə irəliləyib.

“Neftçi” 78,5 xalla 263-cü pillədə qərarlaşıb. “Ağ-qaralar” ötən illə müqayisədə 280 pillə irəliləyib.

​Reytinq cədvəlinə 322 xalla Braziliyanın “Palmeyras” klubu başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti