Rusiyadakı daha bir yarış ləğv olunub

15:11 4 Mart 2022

Rusiyanın Kazan şəhərində 2023-cü ildə keçirilməli olan Xüsusi Olimpiya Oyunları ləğv edilib.

Sportarena.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb. Belə qərarın qəbul olunmasına səbəb Rusiya və Ukrayna arasında gedən müharibədir.  Nəticədə gələn il 21 - 27 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulan yarış ləğv olunub. .

Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları dörd ildən bir qış və yay idman növləri üzrə keçirilir.


Xəbər xətti