"Qarabağ" Fransadan hücumçu gətirə bilər

10:06 16 Mart 2022

"Qarabağ" "Red Star"da oynayan Mussa Quellə maraqlanır.

Sportarena.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb. Ağdam təmsilçisinin 23 yaşlı vingeri yaxından izlədiyi iddia edilir.

Mussa müqavilə ilə "Valensyen"ə məxsusdu. Fil Dişi Sahilindən olan forvard mövsümün əvvəlində 3-cü liqa klubu "Red Star"a icarəyə verilib.

​Quel bu mövsüm 26 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun transfermarktda dəyəri 450 min avrodur. 


Digər xəbərlər

Xəbər xətti