PSJ 70 milyonluq transferə hazırlaşır

13:00 16 Mart 2022

PSJ “Milan”dan futbolçu alacaq. 

Sportarena.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisi "rossonyerlər"in aparıcı üzvü Rafael Leao üçün hərəkətə keçib. PSJ qarşı tərəfə 70 milyon avro təklif edib, portuqaliyalının özünə isə illik 6 milyon avro maaş təklif olunub.

Bir neçə gündən sonra "Milan" və futbolçu PSJ-yə qəti qərarını bildirəcək. 


Digər xəbərlər

Xəbər xətti