Türkiyə klubunun baş direktoru "Qarabağ"ı ziyarət etdi

09:56 31 Mart 2022

Türkiyənin "Alanyaspor" klubunun baş direktoru Serkan Daldal "Qarabağ"ı ziyarət edib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov öz İnstaqram hesabında məlumat yayıb. O, Daldalla fikir mübadiləsi apardıqlarını bildirib.

 

Super Liqa təmsilçisinin rəsmisi "Alanyaspor"un 10 nömrəli formasını Asif Əsgərova hədiyyə edib. 


Xəbər xətti