"Zalsburq" "Şaxtyor"un futbolçusunu transfer etdi

17:48 22 Aprel 2022

Avstriyanın "Zalsburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportarena.az xəbər verir ki, Avstriya təmsilçisi Ukrayna "Şaxtyor"undan Fernandonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə müqavilənin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Fernando yeni mövsümdə "Zalsburq"a qoşulacaq.

Braziliyalı futbolçu Donetks "Şaxtyor"unda 69 oyuna 12 qol vurub, 6 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti