Azərbaycan komandası dünya kubokunun finalında

10:40 23 Aprel 2022

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakı keçirilən dünya kubokunda finala yüksəlib.

Sportarena.az xəbər verir ki, tərkibi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda 5 halqa ilə hərəkətlərdə 33.050 xal toplayıb.

Komanda təsnifat mərhələsini ikinci pillədə başa vuraraq finala adlayıb. 32.750 xala malik İtaliya birinci olub.


Digər xəbərlər

Xəbər xətti