Di Mariya İtaliya klubuna keçə bilər

10:54 23 Aprel 2022

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.

Sportarena.az  İtaliya mətbuatına istinadən  xəbər verir ki, “Yuventus” argentinalı futbolçunu azad agent kimi transfer etmək istəyir. Bununla belə, Di Mariyanın Argentina klublarından biri ilə qısamüddətli müqavilə imzalamağa qərar verməsi ehtimalı var.

Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də çıxış edir.


Digər xəbərlər

Xəbər xətti