“Şalke”dən Dadaşovsuz qələbə

17:55 23 Aprel 2022

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 35-ci turun oyunları keçirilir.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfəərdə “Lippştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Şalke 2” bu nəticədən sonra 41 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti