Portuqaliya çempionatı: Dadaşovlu “Tondela”dan heç-heçə

10:10 25 Aprel 2022

Futbol üzrə Portuqaliya çempionatında 31-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vitoriya Gimaraynş” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.

Hazırda 26 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti