Azərbaycan millisinin forvardı İngiltərə klubuna qayıdır

17:10 25 Aprel 2022

Milli komandamızın hücumçusu Renat Dadaşov “Tondela”da qalmayacaq.


Sportarena.az Sportal.az saytına istinadən xəbər verir ki, gənc hücumçu mövsüm sonunda müqavilə ilə məxsus olduğu “Vulverhempton”a qayıdacaq. Portuqaliya klubu onu yeni sezon üçün heyətdə saxlamaq, icarə müddətini artırmağa görə İngiltərə klubuna müraciət etməyi düşünür. Amma bu onların Primeroda qalacağı təqdirdə olacaq.


Lakin aldığımız məlumata görə, forvard yeni mövsümə icarə əsasında fərqli komandada başlayacaq. “Hall Siti”nin maraq dairəsində olan hücumçunun yeni mövsümə harada başlayacağı yayda bəlli olacaq.


Dadaşov yayda "Vulverhempton"dan "Tondela"ya icarəyə verilib.


Digər xəbərlər

Xəbər xətti