Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Sportarena.az      29 Aprel 2022 , 11:40

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı start götürəcək.

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayacaq.

 

Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Savva Karakizidi (Yunanıstan), Əhməd Yusifov (60 kq) Riko Bernabeu (İspaniya) ilə üz-üzə gələcək.

 

Yaşar Nəcəfov (66 kq) 1/16 finalda Radu İzvoryanu (Moldova), İbrahim Əliyev (66 kq) Tal Fliker (İsrail) ilə görüşəcək.

 

Qadınlardan Şəfəq Həmidova (48 kq) 1/8 final mərhələsində Xuliya Figeroanın (İspaniya), Ramilə Əliyeva (48 kq) Katarina Koştanın (Portuqaliya) müqavimətini qırmağa çalışacaq.

 

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin