Azərbaycan Kuboku: Finalın məkanı müəyyənləşdi

15:11 3 May 2022

Futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünün final matçının harada keçiriləcəyi müəyyənləşib.
 
Sportarena.az xəbər verir ki, həlledici qarşılaşma Qəbələdə təşkil olunacaq.
 
Peşəkar Futbol Liqası bir neçə variantı nəzərdən keçirsə də, sonda Qəbələ şəhər stadionuna üstünlük verilib. PFL-in tezliklə bu barədə rəsmi açıqlama yayması gözlənilir.
 
Qeyd edək ki, bu mövsüm kubokun finalında “Zirə” və “Qarabağ” komandaları qarşılaşacaq. Həlledici matç mayın 27-də keçiriləcək.
 
Xatırladaq ki, ötən mövsüm “Keşlə” (indiki “Şamaxı”) ilə “Sumqayıt” arasında baş tutan final matçı Masazırda, “Bank Respublika Arena”da keçirilmişdi. Həmin matçda “Keşlə” 2:1 hesabıyla qalib gəlmişdi.


Digər xəbərlər

Xəbər xətti