Şahmatçılarımız xatirə turnirində iştirak edəcək

18:10 4 May 2022

Bu gün Daşkənddə Özbəkistanın ilk qrossmeysteri olan Georgiy Aqzamovun xatirəsinə beynəlxalq turnir start götürəcək.
 
Sportarena.az xəbər verir ki, 15-ci dəfə keçiriləcək yarışda ən güclülərin mübarizə aparacağı turnirdə Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Şahin Vəliyev iştirak edəcək. On turdan ibarət olacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək.
 
Xatirə turniri mayın 11-də yekunlaşacaq.


Xəbər xətti