Konfrans Liqası: "Roma" və "Feyenoord" finalda - YENİLƏNİB

10:38 6 May 2022

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
 
Sportarena.az xəbər verir ki, hər iki matça eyni saatda start veriləcək.
 
Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərənin "Lester Siti" komandasını qəbul edəcək. "Olimpiko" stadionundakı görüşü serbiyalı referi Srcan Yovanoviç idarə edəcək. Lesterdə baş tutmuş ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
 
Digər cavab oyununda isə Niderland "Feyenoord"u Fransada Marsel “Olimpik”i ilə üz-üzə gələcək. "Velodrom" stadionundakı matçın baş hakimi isveçrəli Sandro Şerer olacaq. Rotterdamdakı ilk görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
 
Konfrans Liqasının final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək.
 
Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
5 may
 
23:00. Roma (İtaliya) – Lester Siti (İngiltərə) 1:0
Qol: Abraham 11
Roma, "Olimpiko" stadionu. Baş hakim: Srcan Yovanoviç (Serbiya).
İlk oyun - 1:1.
 
23:00. Olimpik (Marsel, Fransa) - Feyenoord (Niderland) 0:0
Marsel, "Velodrom" stadionu. Baş hakim: Sandro Şerer (İsveçrə).
İlk oyun – 2:3.


Digər xəbərlər

Xəbər xətti