Avroliqada həftənin ən yaxşısı adına namizədlər açıqlandı

10:10 6 May 2022

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

 

Sportarena.az xəbər verir ki, "Reyncers"dən Ceyms Tavernye, "Vest Hem"dən Deklan Rays, "Leyptsiq"dən Kristofer Nkunku və "Ayntraxt"dan (Frankfurt) Evan N Dika bu ada namizəddir.

 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Avropa Liqasının finalında "Reyncers" "Ayntraxt"la qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti