Erlinq Haaland "Mançester Siti"də tibbi müayinədən keçdi

12:21 10 May 2022

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haaland "Mançester Siti"yə keçməyə yaxındır.

Jurnalist Fabrizio Romano norveçli hücumçunun İngiltərə təmsilçisində  tibbi müayinədən keçdiyini yazıb.

"The Guardian" nəşri isə oyunçu ilə imzalanacaq müqavilənin detallarını açıqlayıb. Bildirilib ki, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq və o, həftədə təxminən 350 min funt-sterlinq qazanacaq.


Digər xəbərlər

Xəbər xətti