“Liverpul” təxirə salınmış matçdan qalib ayrıldı

13:11 11 May 2022

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınmış bir oyun keçirilib. Sportarena.az xəbər verir ki, “Liverpul” səfərdə “Aston Villa” ilə qarşılaşıb.
 
Üç qolun qeydə alındığı oyun “Liverpul”un qələbəsiylə yekunlaşıb - 2:1. Bu qələbə sayəsində “qırmızılar”ın lider “Mançester Siti” ilə xalları bərabərləşib – 86. Lakin ehtiyatda da bir oyunu olan mançesterlilər daha yaxşı göstəriciləri olduğu üçün zirvədə qərarlaşıblar. “Aston Villa” isə 43 xalla 11-ci pillədə qalıb.


Digər xəbərlər

Xəbər xətti