Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış cüdoçularla görüşdü

Sportarena.az      12 May 2022 , 10:25

Gənclər və idman naziri Fərid Qayıbov cüdo üzrə Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, cüdoçularımız aprelin 29-dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş qitə birinciliyində 3 medal qazanıblar. 73 kq çəki dərəcəsində Hidayət Heydərov Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medal qazanıblar.

 

Cüdo üzrə milli komandanın üzvlərini salamlayan nazir onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin