Rafael Ağayev Avropa çempionatı ilə vidalaşdı

09:24 26 May 2022

Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

75 kq çəkidə çıxış edən  Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda  Panayiotis Loizidesə (Kipr), 1/8 finalda David Podsklaya (Slovakiya) qalib gəlib.

Ancaq təmsilçimiz 1/4 finalda  Hamza Turuljaya  (Bosniya və Herseqovina) məğlub olub və turnirdə mübarizəni dayandırıb. 


Xəbər xətti