“Qarabağ” Azərbaycan kubokunun qalibi oldu - YENİLƏNIB

22:10 27 May 2022

Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək. Sportarena.az xəbər verir ki, həlledici matçda “Qarabağ”la “Zirə” üz-üzə gələcək.
 
“Qarabağ” Premyer Liqada çempion olmaqla Çempionlar Liqasına vəsiqəni təmin edib. “Zirə” isə 3-cü yerin sahibi kimi Avropa Konfrans Liqasına “bilet” qazanıb. Kubokda uğur qazanmaqla “Qarabağ” qızıl dubl edə, “Zirə” isə tarixində ilk dəfə olaraq kubok qazana bilər. Paytaxt təmsilçisi Qəbələdəki final görüşündə qələbə qazansa, bu, həm də onun çalışdırıcısı Rəşad Sadıqovun baş məşqçi kimi ilk ciddi uğuru olacaq.
 
Azərbaycan kuboku
Final
27 may
 
Qarabağ – Zirə 1:1 ( penaltilər 4:3)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Qəbələ şəhər stadionu, 19:00.


Digər xəbərlər

Xəbər xətti