Antonio Rüdiger rəsmən "Real"da

16:35 2 İyun 2022

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi "Çelsi" ilə müqaviləsi başa çatan Antonio Rüdugeri rənglərinə bağlayıb. Məlumatı "kral klubu"nun rəsmi saytı yayıb.29 yaşlı futbolçu üçün 20 iyun tarixində imza mərasimi təşkil olunacaq.


Antonio Rüdiger "Çelsi"yə 2017-ci ilin yayında "Roma"dan transfer olunub. Almaniya millisinin üzvü başa çatan mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 54 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti