"Real"ın Çempionlar Liqasından ümumi gəliri 160 milyon avro olub

10:31 6 İyun 2022

"Real"ın yay transfer büdcəsi 400 milyon avronu keçəcək.

Madrid klubu Çempionlar Liqasının qalibi kimi əldə etdiyi gəlirlər, həmçinin yüksək məbləğdə maaş alan Qaret Beyl, İsko və Marselonun gedişi hesabına buna nail olacaq.

O da bildirilir ki, Madrid klubunun Çempionlar Liqasındakı ümumi gəliri 160 milyon avro olub.

Qeyd olunur ki, "Real"ın Xesus Valyexo, Marko Asensio, Daniel Seballos, Luka Yoviç və Mariano Diazla da yolları ayıracağı gözlənilir ki, bu da klubun büdcəsinə müsbət təsir edəcək. 

Beləliklə, Madrid klubu yayda 408 milyon avro transfer büdcəsinə arxalana bilər. 


Digər xəbərlər

Xəbər xətti