"Kayserispor"da yeni baş məşqçi

16:25 6 İyun 2022

Türkiyənin “Kayserispor” klubu yeni baş məşqçisinin adını açıqlayıb. 

Hikmət Karamanla yollarını ayıran Superlqa təmsilçisini Ömər Ərdoğan çalışdıracaq. 2021/2022 mövsümünə qədər “Hatayspor”u çalışdırmış Ərdoğan Kayseri təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Kayserispor” son mövsümdə çempionatı 14-cü sırada başa vurub. Komanda Karamanın rəhbərliyi altında Türkiyə kubokunun finalında “Sivasspor”a məğlub olmuşdu.


Digər xəbərlər

Xəbər xətti