Məhəmməd Salah “Barselona”ya keçəcəyini vəd edib

16:53 6 İyun 2022

“Liverpul”un və Misir yığmasının hücumçusu Məhəmməd Salah “Barselona” rəhbərliyinə söz verib.

Forvard gələn yay azad agent kimi onlara qoşulacağını bildirib. Bu səbəbdən Salah “Liverpul” ilə yeni müqavilə üçün danışıqlar prosesini uzadıb.

Misirlinin mersisaydlılarla hazırkı müqaviləsi gələn il iyunun 30-da başa çatır. “Transfermarkt” 29 yaşlı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.


Xəbər xətti