“Formula-1” üzrə Azərbaycan Qran-prisinə start verilir

09:59 10 İyun 2022

Bu gün Formula 1 və Formula 2 üzrə Azərbaycan qran-prisinə start verilir. Formula 1 yarışı Bakıdakı 6-cı qran-pri kimi tarixə düşəcək. İlk yarış günündə Formula 1-də iki sərbəst yürüş, Formula 2-də isə sərbəst yürüş və sıralama turu gerçəkləşəcək.
 
Bakı halqasında fan-zonanın qapıları saat 10:00-da açılacaq. İlk olaraq trekə Formula 2 pilotları çıxacaq. 11 komandanın 22 sürücüsü sərbəst yürüşə qatılacaq.
 
Ardınca əsas yarış hesab olun Formula 1-də birinci sərbəst yürüş başlayacaq. Günə ikinci dərəcəli turnirin sıralama turu və nəhayət, Formula 1-in ikinci sərbəst yürüşü ilə yekun vurulacaq.
 
Formula 1-də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
 
Formula 2-də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jehan Daruvala tutur.
 
Azərbaycan qran-prisi
10 iyun
 
10:00. Azarkeş zonasının qapıları açılır
 
Formula 2
12:35 - 13:20. Sərbəst yürüş
 
Formula 1
15:00 - 16:00. 1-ci sərbəst yürüş
 
Formula 2
16:30 - 17:00. Sıralama turu
 
Formula 1
18:00 - 19:00. İkinci sərbəst yürüş
 
21:00. Azarkeş zonasının qapıları bağlanır.
 
Azərbaycan qran-prisi iyunun 12-də başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti