“Barselona” De Yonqla vidalaşır

12:00 10 İyun 2022

“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqu buraxmağa hazırdır. Kataloniya klubunun rəhbərliyi “Mançester Yunayted”in 25 yaşlı niderlandlı üçün təklifini sərfəli hesab edir.
 
İspaniya mətbuatının yazdığına görə, İngiltərə klubu yarımmüdafiəçi üçün 60 milyon avro və 20 milyon bonus təklif edir. De Yonq özü klubdan ayrılmaq istəməsə də, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq onu razı sala bilər.
 
De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.


Xəbər xətti