“Formula 1”: Bakıda ikinci sərbəst yürüş start götürüb

18:32 10 İyun 2022

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

Yarışın təxminən bir saat davam edəcəyi gözlənilir. “Red Bull”un pilotu Serxio Peres ilk test yürüşündə ən yaxşı nəticəni göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti