Mini-futbol millimiz Avropa çempionu oldu

00:31 12 İyun 2022

Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya ilə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn millimiz tarixində ilk dəfə Avropa çempionu olub.

Yığmamız B qrupundakı ilk oyununda bu komandaya 0:2 hesabı ilə uduzmuşdu.

Avropa çempionatı, final

Azərbaycan - Rumıniya - 1:0

Qol: Seymur Məmmədov, 25


Digər xəbərlər

Xəbər xətti