Maykl Essyen "Sabah"ın akademiyasının qonağı oldu - FOTOLAR

15:44 11 İyun 2022

Əfsanəvi qanalı futbolçu Maykl Essyen "Sabah"ın akademiyasının qonağı olub.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarımızın Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçularımıza sürpriz edib.

Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.

 

Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.



Digər xəbərlər

Xəbər xətti