"Real" "Monako"nün yarımmüdafiəçisini transfer etdi

16:26 11 İyun 2022

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi "Monako"nün yarımmüdafiəçisi Aurelien Çuamenini transfer edib. Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. 


22 yaşlı futbolçu ilə 2028-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb. "Real" Fransa millisinin üzvü üçün qarşı tərəfə 80 milyon avro + 20 milyon avro bonuslar ödəyəcək.


Aurelien Çuameni "Monako"ya 2020-ci ilin yayında "Bordo"dan transfer olunub. O, "knyazlıq" təmsilçisinin heyətində başa çatan mövsümdə meydana çıxdığı 50 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 


Xəbər xətti