"Qalatasaray"da yeni prezident

00:20 12 İyun 2022

"Qalatasaray"ın yeni prezidenti müəyyənləşib.

Keçirilən səsvermənin nəticəsinə əsasən, Dursun Özbek İstanbul təmsilçisinin yeni prezidenti seçilib. O, 2 min 208 səs toplayıb.  D.Özbek iki il müddətinə "Cim-Bom"un prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, D.Özbek bundan əvvəl 2015-ci ilin mayından 2018-ci ilin yanvarına kimi "Qalatasaray"ın prezidenti olmuşdu.


Digər xəbərlər

Xəbər xətti