Komandamızın Avropa çempionu olması münasibətilə konsert olacaq

13:43 14 İyun 2022

Minifutbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək.

Bu qalibiyyət münasibətilə sabah saat 19:00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunacaq.

Milli komandanın iştirakı ilə keçiriləcək konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group”, “Zirə” Peşəkar Futbol Klubu, sponsor isə “Nar” şirkətidir.

Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.


Digər xəbərlər

Xəbər xətti