"Məqsədimiz növbəti mərhələyə çıxmaqdı" - "Lex"in məşqçisi

18:32 14 İyun 2022

“Lex”in məşqçisi Maçey Kendziorek Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində üz-üzə gələcəkləri “Qarabağ” barədə danışıb.

Sportarena.az xəbər verir ki, Poznan klubunun rəsmi saytına danışan polşalı məşqçi bunları deyib:

"İstənilən rəqibə qalib gəlməyə qadirik. Oyuna da məhz bu cür həvəslə çıxacağıq. Məqsədimiz növbəti mərhələyə çıxmaqdı. Qarşımızda hansı rəqibin olmasının önəmi yoxdu. "Qarabağ"ın heyətində elə oyunçular var ki, Polşa çempionatında çıxış ediblər. Məsələn, Marko Veşoviç “Legiya”dan “Qarabağ”a keçib, Luka Quqeşaşvili isə “Yagelloniya”nın sabiq qapıçısıdı. Bizim də avrokuboklarda təcrübəmiz var. Ona görə də bu baxımdan rəqibdən geri qalacağımızı düşünmürəm". 


Digər xəbərlər

Xəbər xətti