"Fənərbaxça" braziliyalı futbolçu transfer etdi

00:07 15 İyun 2022

"Fənərbaxça" yay "transfer pəncərəsi"ndə heyətinə yeni futbolçu qatıb.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Linkoln Henrikeni transfer edib. Türkiyə klubu futbolçuya görə "Santa Klara"ya 3,5 milyon avro ödəyib. 23 yaşlı oyunçu qarşıdakı 4 il müddətində İstanbul nəhəgində çıxış edəcək.

Braziliyalı başa çatan mövsümdə 32 matçda meydana çıxmışdı. 


Xəbər xətti