"Makkabi"nin gücünə bələdik" - "Zirə"nin fəxri prezidenti

23:19 15 İyun 2022

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə düşmələrini dəyərləndirib.

Sportarena.az xəbər verir ki, o, rəqibin təcrübəli komanda olduğunu deyib: 

"Makkabi"nin gücünə bələdik. Amma komandamıza inanırıq. Hazırlıqlar başlayıb. Transferlərə də baxacağıq ki, rəqibin qarşısına üzüağ çıxaq və layiqli mübarizə aparaq".


Digər xəbərlər

Xəbər xətti