La Liqaya yüksələn sonuncu klub məlum oldu

13:00 20 İyun 2022

2022/23 mövsümündə La Liqada iştirak edəcək sonuncu klub da müəyyənləşib. Sportarena.az xəbər verir ki, sonuncu vəsiqəni “Jirona” qazanıb.
 
Sözügedən komanda Sequndada pley-offun finalında “Tenerife”yə qalib (0:0, 3:1) gələrək elitaya yüksəlib.
 
“Jirona” 2018/2019 mövsümünün sonunda 18-ci yeri tutaraq La Liqanı tərk etmişdi.
 
Xatırladaq ki, daha öncə “Almeriya” və “Valyadolid” yüksək liqada oynamaq hüququ qazanmışdı. 


Digər xəbərlər

Xəbər xətti