Azərbaycanda UEFA Region Kubokunun oyunları başlayıb

00:16 24 İyun 2022

Azərbaycanda təşkil olunan UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinə start verilib.

Sportarena.az xəbər verir ki, açılış matçında ilkin mərhələnin 1-ci qrupunda yer alan Gürcüstanın “Basiani” və Estoniyanın “Tallinna Zapoos” komandaları üz-üzə gəlib. Oyun Gürcüstan təmsilçisinin qələbəsiylə başa çatıb - 3:1.

Azərbaycanı bu turnirdə təmsil edəcək Region Liqasının 2021/22 mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos”la qarşılaşacaq. Bu komandalar arasındakı ilk matç bu gün Şamaxı şəhər stadionunda olacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. 


Digər xəbərlər

Xəbər xətti